Kəmaləddin Heydərov minaya düşərək yaralanan hərbçiyə “mayor” rütbəsi verdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin pirotexnik və istehkam hazırlığı şöbəsinin rəisi kapitan Süleyman Heydərova vaxtından əvvəl “mayor” hərbi rütbəsi verilib.
Bu barədə AFN-ə FHN-dən bildirilib.
Qeyd olunub ki, həmçinin S.Heydərov “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.
Belə ki, bu gün fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Süleyman Heydərovla görüşüb. Görüşdə rütbə və medal S.Heydərova təqdim edilib.
Xatırladaq ki, S.Heydərov Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb.