DÇ-2022 Messinin sonuncu mundialı olacaq


Bu il Qətərdə keçiriləcək dünya çempionatı Argentina millisinin və Fransanın PSJ komandasının futbolçusu Lionel Messi üçün sonuncu olacaq.


"Report"un məlumatına görə, bu barədə 35 yaşlı hücumçunun özü açıqlama verib.

Təcrübəli forvard artıq bunun dəqiqləşdiyini bildirib. Onun sözlərinə görə, artıq qərar qəbul olunub.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu