Messi karyerasında 1000-ci oyununa çıxıb


Argentina millisinin futbolçusu Lionel Messi peşəkar karyerasında 1000-ci oyununa çıxıb.


"Report"un məlumatına görə, 35 yaşlı hücumçunun yubileyi Qətərdə keçirilən dünya çempionatında Avstraliya ilə 1/8 final mərhələsinin matçına təsadüf edib.

Təcrübəli forvard İspaniya "Barselona"sında 778, hazırkı klubu Fransa PSJ-sində 53, yığmada isə 169 dəfə meydanda olub.

Qeyd edək ki, Argentina - Avstraliya qarşılaşmasında hələlik hesab açılmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu