Meyxana ustaları Rəşad Dağlının oğlunun toyuna axın etdilər - VİDEO


Ötən gün meyxanaçı Rəşad Dağlının övladının xeyir işi olub.

AFN xəbər verir ki, məşhur ilk övladı Yusifə kiçik toy edib. Dağlının şad günündə ailə üzvləri, yaxınları, meyxanaçı dostları və bir sıra tanınmış simalar yer alıblar.

Yusifin kiçik toyu Xəzər rayonunun Buzovna qəsəbəsindəki restoranlardan birində baş tutub. Məclisdə sözün əsl mənasında izdiham yaşanıb. Bütün meyxana sevərlər Rəşadın oğlunun toyuna axın edib. Gecə boyunca Dağlı həmkarları ilə meyxana deyib.

Xatırladaq ki, Rəşad Dağlının oğlu Yusifin 11 yaşı var. O, 5-ci sinif şagirdidir. Rəşadın Yusifdən başqa Bətul adlı azyaşlı qızı da var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu