Ukraynada daha bir azərbaycanlı həlak oldu - FOTO
Rusiya-Ukrayna münaqişəsində daha bir azərbaycanlı həlak olub.
AFN xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu məlumat yayıb.
Məlumata görə, 1984-cü il təvəllüdlü Ruslan Hüseyn oğlu Məmmədov Xersonda həyatını itirib.
Həmçinin o qeyd edib ki, Rusiyanın Ukraynada başlatdığı aqressiya zamanı Ukrayna uğrunda canından keçən (döyüş şəraitində) soydaşlarımızın sayı 20-ə çatıb.