Ukraynada daha bir azərbaycanlı döyüşçü həlak oldu


Ukraynada davam edən döyüşlər zamanı daha bir soydaşımız ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını itirib.



AFN xəbər verir ki, əslən Zaqataladan olan soydaşımız 1966-cı il təvəllüdlü Vahid Əzim oğlu Əzizov Luqansk cəbhəsində gedən döyüşlər zamanı minamyot atışları zamanı həlak olub.

Ukrayna vətəndaşı olan soydaşımız mart ayından könüllü döyüşlərə qatılıb, PDM (BMP) heyətində atıcı olub.

Vahidin qardaşı isə hal-hazırda Baxmut istiqamətində döyüşlərdə iştirak edir.

Qeyd edək ki, Vahid Əzizovun ailəsi hazırda Krivoy Roq şəhərində yaşayır, bir oğlu və bir qızı var.

Son 8 ayda Ukrayna uğrunda (döyüş şəraitində) canından keçən soydaşlarımızın sayı 20-ni keçib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu