Macarıstan Ukrayna üçün hərbi yardım missiyasında iştirakdan imtina edib


Macarıstan Ukrayna əsgərlərinin təlimi üzrə Avropa İttifaqı Missiyasında yer almaqdan imtina edib.


APA TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstan XİN rəhbəri Peter Siyarto bu barədə bəyanat verib.

O, münaqişənin daha da gərginləşə biləcəyini vurğulayıb.

“Macarıstan təlim missiyasını yaxşı ideya hesab etmir, çünki bu addım münaqişənin daha da kəskinləşməsinə aparır”, - nazir əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu