Macarıstan Ukraynanın Aİ-yə daxil olması ilə bağlı qərarda iştirakdan imtina edib


Macarıstan Avropa İttifaqının Ukrayna ilə Aİ-yə daxil olmaq üzrə danışıqlara başlamaq qərarında iştirak etməyib.


Bu barədə Macarıstanın baş naziri Viktor Orban blokun Brüsseldə keçirilən sammitinin nəticələrini şərh edərkən özünün feyzbuk səhifəsində yazıb.

“İndiki vəziyyətdə Ukrayna ilə danışıqlara başlamaq tamamilə irrasional qərardır və Macarıstan bu məsələdə mövqeyini dəyişmir. Aİ-nin digər 26 üzvü belə bir qərarın qəbul edilməsində israr etdiyi üçün Macarıstan öz yolu ilə gedə biləcəyinə qərar verdi”.

Orbanın sözlərinə görə, Budapeşt “bu qərarda iştirak etmək istəmir, ona görə də bu gün bu addımı atmaqdan çəkinib”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu