Orban Putinlə görüşməyə hazır olduğunu açıqlayıb


Macarıstanın baş naziri Macarıstanın maraqlarına uyğun olarsa, Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazırdır.


Bu barədə macar siyasətçi mediaya müsahibəsində bildirib.

"Qərb ölkələri təkəbbürlərinə görə Rusiya prezidenti ilə görüşmək istəmirlər, lakin siyasət reallıq və nəticələrdir" - deyə Ordan bildirib. O, Macarıstan xalqının maraqları tələb edərsə, Putinlə danışıqlar aparacağını qeyd edib və buna Avropa Birliyinin rəyinin təsir etməyəcəyini vurğulayıb.

Macarıstanın baş naziri əlavə edib: “Əgər xüsusi maneələr yoxdursa, onda biz həmişə görüşməli, həmişə danışıqlar aparmalıyıq”.

Bundan əvvəl Orban bildirib ki, Avropa İttifaqının səhvə yol verməsinə və Ukrayna ilə üzvlük danışıqlarına başlamağa imkan verməyəcək. Onun fikrincə, Ukrayna indi üzvlüklə bağlı danışıqlara başlamaq vəziyyətində deyil və Brüsselin planlarını yalnız qısamüddətli mülahizələr diktə edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu