Rusiya Müdafiə Nazirliyi və BMT rəsmiləri taxıl müqaviləsini müzakirə etdi


Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitslə Ukrayna taxılına dair sazişin icra prosesini müzakirə edib.


Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Fominin Qriffitslə paytaxt Moskvada görüşdüyü bildirilib.

“Tərəflər bir-biri ilə əlaqəli Ukrayna limanlarından taxıl çıxarılması layihəsini və Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin ixracına dair sazişlərin həyata keçirilməsini müzakirə ediblər”, - məlumatda deyilir.

Açıqlamada taxıl müqaviləsinin uzadılmasının mövcud razılaşmaların tam şəkildə həyata keçirilməsindən asılı olduğu vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu