Kanada Rusiyanın 34 məşhur şəxsinə qarşı sanksiya tətbiq etdi
Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib.
AFN xarici mediaya istinadla xəbər verir ki, siyahıya 34 nəfər və "Zvezda" telekanalı daxildir.
Onlar arasında TNT kanalının direktoru vəzifəsini icra edən Tina Kandelaki, idman şərhçisi və "Rossiya" telekanalının baş direktorunun müşaviri Dmitri Quberniyev, "Komsomolskaya Pravda"nın müxbiri Aleksandr Kots, Birinci Kanalın baş direktorunun müavini Kirill Kleimenov, "Rossiya" telekanalının aparıcısı Mariya Sittel və "Rosneft"in mətbuat katibi Mixail Leontyev var.
Bundan başqa, aktyorlar Sergey Bezrukov, Dmitri Pevtsov və Vladimir Maşkov, Rusiya Prezidentinin köməkçisi və keçmiş mədəniyyət naziri Vladimir Medinski, Dövlət Dumasında "Yeni insanlar" fraksiyasının rəhbəri Aleksey Neçayev də sanksiyalara məruz qalıb.
Ümumilikdə yeni sanksiyalar siyahısına 34 fiziki və bir hüquqi şəxs daxil edilib.