"Nant"ın baş məşqçisi: "Qarabağ"a qalib gəlmək üçün hər şeyi edəcəyik"


"Qarabağ"la oyunda qələbə qazanmaq üçün vacib olan hər şeyi edəcəyik".


"Report"un məlumatına görə, bunu Fransanın "Nant" komandasının baş məşqçisi Antuan Kombuare Liqa 1-in XII turunda "Nitsa"ya qarşı keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis məqsədlərinin çempionatda ən azı 16-cı yeri tutmaq olduğunu bildirib: "Bu, elitada qalmağımıza kifayət edəcək. Lakin avrokuboklarda da qalib gəlmək arzusu ilə oynayacağıq. Hər görüşdə qələbə qazanmaq istəyirik".

Qeyd edək ki, oktyabrın 23-də "Nitsa"nın qonağı olacaq "Nant" oktyabrın 27-də UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"ı qəbul edəcək. "Köhlən atlar" hazırda G qrupunda 7 xalla ikinci, Fransa təmsilçisi isə 3 xalla üçüncü pillədə qərarlaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu