“Neftçi”nin baş məşqçisi: “Qarabağ”la oyuna hazırıq”


“Qarabağ”a qarşı oynayırıq. Hamı bu görüşə hazırdır. Motivasiya oyunun daxilindədir. Çox vacib qarşılaşma olacaq”.

AFN xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının VIII turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyun barədə klubun rəsmi televiziyasına açıqlamasında deyib.

47 yaşlı mütəxəssis yığmalardan qayıdan oyunçularla bağlı problem yaşamayacağını söyləyib:

"Bu cür hallar bütün komandalarda olur. Amma fasilədən sonra ilk oyunun “Qarabağ”a qarşı olması yaxşıdır. Çünki hər iki komanda motivasiyalıdır və qələbə qazanmaq istəyir. Düşünürəm ki, futbolçular matçın mahiyyətini dərk edib, yaxşı çıxış edəcəklər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu