“Avropa İttifaqı ölkələri silahlanma yarışına girməlidir”- Şarl Mişel


“Avropa İttifaqı ölkələri Ukraynadakı hadisələrə görə silahlanma yarışına girməyə məcburdurlar”.


Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel bildirib.

Onun sözlərinə görə, Aİ ölkələrinin Ukrayna münaqişəsi fonunda başqa seçimi yoxdur: “Biz avropalılar olaraq öz vətəndaşlarımızın, gələcək nəsillərin təhlükəsizliyi üçün məsuliyyət daşımalıyıq. Biz ideal bir dünyada yaşamırıq”.

Ş.Mişel həmçinin bildirib ki, Aİ birgə müdafiə tədarükü mexanizmi üzərində işləməyə davam edir: “Hazırda işlənən məsələlərdən biri ümumi sursat bazarının yaradılmasıdır. Çünki Ukraynaya tədarüklə əlaqədar ehtiyatlar bərpa olunmalıdır. Etiraf edirəm ki, bu sahədə bir sıra təşəbbüslər, lazım olan istiqamətdə getmir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu