Avropa İttifaqı Şurasının Prezidenti Rusiyaya xəbərdarlıq edib


“Rusiya Ukraynaya hərbi müdaxilə edərsə, biz buna çox fəal və qətiyyətlə cavab verəcəyik”.


“Report” TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel söyləyib.

“Biz prosesləri çox yaxından izləyirik. Ukraynadakı durumun tənzimlənməsinə dəstək verməyə tam hazırıq”, - o bildirib.

Şarl Mişel həmçinin Minsk razılaşmalarını dəstəklədiyini söyləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu