Mustafa Şəntop: “Türkiyə Krımın ilhaqını tanımayacaq”
“Türkiyə Krımın ilhaqını tanımayacaq”.[
/b][b]AFN Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop deyib.
Onun sözlərinə görə, Türkiyə Ukraynaya və Krım türklərinə dəstəyini davam etdirəcək.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Türkiyənin Krımın qanunsuz işğalını tanımayacağını bildirmişdi.
Xatırladaq ki, Rusiya Krımı 2014-cü ildə ilhaq edib.