Türkiyə XİN başçısı: "Krımın qeyri-qanuni ilhaqını tanımırıq"


“Bizim Rusiya ilə bir çox məsələlərdə fikirlərimiz üst-üstə düşür. Amma fərqli mövqelərdə olduğumuz mövzular da var”.


Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuoğlu NTV-yə müsahibəsində deyib.

“Məsələn, biz Krımın qeyri-qanuni ilhaqını tanımırıq. Bir-birimizin atdığı addımlardan bəzən məmnun olmaya bilmirik. Türkiyə həmişə NATO-nun genişlənməsini dəstəkləyib. İsveç və Finlandiyanın üzvlüyünə öz maraqlarımız konteksindən baxırıq. Hələ ki, bizə Rusiyanın narazılığı çatmayıb”, - o bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu