BDU-nun Elmi Kitabxanası EİFL.net-in Baş Assambleyasının toplantısında təmsil olunub


Kitabxanalar üçün Elektron İnformasiya Beynəlxalq Konsorsiumunun (EİFL.net) Baş Assambleyasının hesabat xarakterli illik toplantısında bütün proqram koordinatorları və təşkilatın üzvləri iştirak ediblər.


AFN.az xəbər verir ki, iki gün davam edən online tədbirin ilk günü EIFL.net beynəlxalq konsorsiumunun direktoru Rima Kuprite “Beynəlxalq nəşriyyatlar, əməkdaşlıq, innovativ xidmətlər və yeniliklər”, EIFL-IP meneceri Teresa Haket “EİFL- Müəlliflik hüququ və kitabxanalar”, EIFL.net-in lisenziyalaşdırma meneceri Lorayne Estele “Əməkdaşlıq və lisenziyalaşdırma”, EIFL.net-in “Open Access” üzrə meneceri İrina Kuçma “Açıq giriş” mövzusunda çıxış edərək il ərzində üzv ölkələrdə elektron informasiyanın istifadəsini təmin etmək istiqamətində görülən işlər haqqında geniş məlumat təqdim edib.
Toplantının ikinci günündə 2022-ci ildə EİFL.net konsorsiumu tərəfindən dəstəklənən “Açıq elm” mövzusuna həsr olunmuş layihələrin təqdimatları nümayiş olunub və EİFL.net-in ölkələr üzrə konsorsium rəhbərlərinin illik hesabatları dinlənilib. Milli konsorsiumların nailiyyətləri üzrə mübadilə, əldə olunmuş təcrübəni bölüşmək, uğurları paylaşmaq və s. haqda təqdimatlar verilib və həmçinin konsorsiumların üzləşdiyi problemlərin həlli yolları müzakirə edilib. Tədbirdə Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun rəhbəri, BDU-nun Metodiki iş və əməkdaşlıq şöbəsinin müdiri Cəmilə Yusifova çıxış edərək EİFL.net-in proqram rəhbərləri və beynəlxalq nəşriyyatlar ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb, il ərzində görülən işlər barədə məlumat verib.
Onlayn tədbirdə BDU-nun Elmi Kitabxanası ilə yanaşı, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna üzv olan universitet və elmi-tədqiqat institutlarının nümayəndələri də iştirak ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu