AFFA klublar üçün videokonfrans formatında iclas keçirdi
Premyer Liqa və l Divizionda çıxış edən klubların nümayəndələri üçün Lisenziyalaşdırma qrupunun 2021-22-ci il lisenziyalaşdırma mövsümünün videokonfrans formatında açılış iclası keçirilib.
AFN AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda bəzi mövzular haqqında ətraflı məlumat verilib:
- Paket sənədlərdə və Lisenziyalaşdırma üzrə qaydalarda baş vermiş dəyişikliklərlə bağlı məlumat
- Ötən mövsümün icmalı
- Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirlər haqqında məlumatı
İclasın sonunda Lisenziyalaşdırma qrupunun əməkdaşları klub nümayəndələrinin suallarını cavablandırıb.