İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib


İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib.



AFN xəbər verir ki, bu barədə azad İran teleqram kanalı məlumat yayıb.

Məlumata görə, bu təklifi Ermənistan parlamentinin deputatı Anna Qriqoryan müzakirələr zamanı bildirib.

Onun sözlərinə görə, buna baxmayaraq, rəsmi İrəvan bu təklifi cavabsız qoyub: “İranla son iki il ərzində bir dənə də olsun hərbi təlim keçirilməyib”-deyə Qriqoryan vurğulayıb.

Deputat qeyd edib ki, bunun üçün heç müvafiq hüquqi baza da formalaşdırılmayıb: “Ermənstan hakimiyyətinin apardığı siyasət nəticəsində ölkəmiz geosiyasi toqquşmaların mərkəzinə çevrilə bilər”-deyə o, narazılıq edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu