Azərbaycanda 21 yaşlı qız çəngəl uddu - İnanılmaz hadisə
Bakıda 21 yaşlı gənc qız çəngəl udub.
AFN medicina.az-a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Aysel Həmidova (Ad şərtidir) özünü qusdurmaq üçün çəngəldən istifadə edib. Bu zaman çəngəl boğazına girib.
O dərhal 1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko” xəstəxanası) təcili yardım şöbəsinə gətirilib. Lakin onu paytaxtdakı özəl xəstəxanalardan birinə göndəriblər.