Bakıda İran səfirliyinin maşını qəzaya düşdü


Bakıda İran səfirliyinin avtomobili qəzaya düşüb.



AFN qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Nazim Hikmət küçəsi: 32 ünvanında baş verib.

Səfirliyə məxsus olan və Murad Həsənzadənin idarə etdiyi 003D005 dövlət qeydiyyat nişanlı “Toyota” markalı xidməti avtomobillə Kəlbəcər sakini Nurlan Hüseynovun sürdüyü “Runna” markalı digər maşın toqquşub.

Nəticədə hər iki nəqliyyat vasitəsinə qismən ziyan dəyib, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu