Cənubi Koreya və ABŞ təlimlərə başlayıb


ABŞ və Cənubi Koreya Hərbi Hava Qüvvələrinin beş ildən sonra ilk böyük birgə təlimi "Vigilant Storm" bazar ertəsi günü başlayıb.



AFN xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Məlumata əsasən, təlimlərdə 240-dan artıq təyyarə iştirak edir. Bildirilir ki, müttəfiqlər "Şimali Koreya tərəfindən artan təhdidlərin qarşısını almağa çalışırlar".

Cənubi Koreya Hərbi Hava Qüvvələrindən manevrlərdə F-35A qırıcıları, həmçinin F-15K və KF-16 təyyarələri də daxil olmaqla 140-a yaxın təyyarə iştirak edir. ABŞ Hərbi Hava Qüvvələri Yaponiyanın Okinava adasında yerləşən F-35B qırıcıları və EA-18 elektron döyüş təyyarələri də daxil olmaqla 100 texnika ilə təmsil olunur.

Qeyd edilir ki, təlimlərdə Avstraliya Hərbi Hava Qüvvələrinə məxsus çoxməqsədli nəqliyyat tankeri KC-30A da iştirak edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu