Rusiya yığmasının yoldaşlıq oyunu ləğv edilib

Bosniya və Herseqovina yığmasının Rusiya millisi ilə yoldaşlıq oyunu ləğv olunub.
AFN xəbər verir ki, bu barədə Bosniya və Herseqovina Futbol Assosiasiyası məlumat yayıb.
Qurumun İcraiyyə Şurasının iclasından sonra qarşılaşmanın başqa vaxta təxirə salındığı açıqlanıb.
Qeyd edək ki, görüş noyabrın 19-da Sankt-Peterburqda keçirilməli idi. Daha əvvəl bir sıra bosniyalı oyunçu belə matçın təşkilinə qarşı çıxıb.