Bosniya və Herseqovina Rusiya qazından imtina etdi


Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi və təcavüzkara qarşı çoxsaylı sanksiyalar fonunda Xorvatiya öz qaz şəbəkəsini qonşu Bosniya və Herseqovina ilə birləşdirəcək layihədə iştirak edəcək.


AFN.az xəbər verir ki, bu barədə Xorvatiyanın iqtisadiyyat naziri Davor Filipoviç açıqlama verib. Onun sözlərinə görə, söhbət Xorvatiyanın qaz şəbəkəsinin Bosniya və Herseqovina şəbəkəsi və Adriatik dənizinin şimalındakı Krk adasındakı mayeləşdirilmiş təbii qaz terminalı ilə birləşdirilməsindən gedir. Xorvatiyanı Bosniya və Herseqovina ilə birləşdirəcək 180 kilometrlik transsərhəd qaz kəmərinin tikintisi üçün nəzərdə tutulan layihənin dəyəri 100 milyon avrodur. Bosniya və Hersoqovinanı "mavi yanacaq"la təmin edəcək boru kəməri Cənubi Qaz Dəhlizinin bir hissəsidir. Layihə Bosniyanın Rusiya qazından tam asılılığını azaltmağa kömək etməlidir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu