Monteneqroda 5,4 bal gücündə zəlzələ baş verib
Monteneqronun Nikşiç şəhəri yaxınlığında yerli vaxtla saat 04.06-da 5,4 bal gücündə zəlzələ baş verib.
Monteneqro Hidrometeorologiya və Seysmologiya Təşkilatı, episentri Nikşiçdən 32 kilometr şimal-qərbdə, Bosniya və Herseqovina ilə sərhədə yaxın Pluzine bölgəsində olan zəlzələnin maqnitudasının 5,4 olduğunu açıqlayıb.
Dərinliyi 10 kilometr olduğu təsbit edilən zəlzələ ilə bağlı indiyədək can itkisi və dağıntı barədə məlumat verilməyib.
Zəlzələnin Bosniya və Herseqovina, Xorvatiya, Kosovo və Albaniyada da hiss olunduğu bildirilib.