Son sutkada Azərbaycanda 11 nəfər koronavirusa yoluxub


Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 11 yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan AFN.az-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 823 min 258 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 min 986 nəfər müalicə olunaraq sağalıb, 9 min 944 nəfər vəfat edib. Aktiv xəstə sayı 328 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 020, bu günə qədər isə ümumilikdə 7 milyon 320 min 320 test icra olunub.

Ölkədə son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu