Türkiyə kəşfiyyatı Suriyada PKK-nın rəhbər şəxsini məhv edib
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) PKK/YPG terror qruplaşmasına qarşı yeni əməliyyat keçirib və nəticədə daha bir terrorçu məhv edilib.
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə MİT-dən bildirilib.
Əməliyyat Suriyada aparılıb.
Nəticədə PKK/YPG terror təşkilatının Serdem Pir-Serhat Harun kod adlı qondarma tabor komandiri Ersin Şahin məhv edilib.