Rusiyalı MMA döyüşçüsü 33 yaşında ölüb

Rusiyalı MMA döyüşçüsü Aleksandr Pisarev 33 yaşında vəfat edib.
AFN-in məlumatına görə, bu barədə idmançının komandasından TASS-a xəbər verilib.
Pisarevin səhhətində xroniki problemin olmadığı bildirilib. İlkin məlumata görə, onun ölümünə qida zəhərlənməsi səbəb olub.
Onun həyat yoldaşı da xəstəxanaya yerləşdirilib.