Səhiyyə Naziri Azərbaycanda dərman çatışmazlığından danışdı
"Bu gün Azərbaycanda hər hansı dərman çatışmazlığı faktı yoxdur".
AFN report-a istinadən xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, uşaqlara verilən hərarətsalıcı dərman vasitələrinin, xüsusilə də siropların baza azalmasının ölkəmizlə heç bir əlaqəsi yoxdur.
Nazirin sözlərinə görə, dünyada həmin dərmanları istehsal edən şirkətlər baza maddədən istifadə edirlər: "Həmin baza maddəni istehsal edən iri farmakoloji şirkətlərin istehsalat xətlərində problem yaranıb. Bu böhran prinsipcə tək Azərbaycanı deyil, hətta bəzi Avropa ölkələrində də müşahidə olunurdu. Son bir həftə ərzində mövcud problem tamamilə aradan qaldırılıb və həmin dərmanlar Azərbaycana gətirilib. Qısa müddətdə onlar pərakəndə satışa veriləcək"."Bu gün Azərbaycanda hər hansı dərman çatışmazlığı faktı yoxdur".