Almaniyada dərman böhranı: Hər iki reseptdən biri çatışmır


Almaniya dərman təchizatı çatışmazlığı ilə üzləşir. Gündə 1,5 milyon insanın problemdən əziyyət çəkdiyi bildirilir.


Alman Əczaçılar Birliyinin son açıqlamasına görə, hər iki reseptdən birində tədarük çatışmazlığı var.

Bu vəziyyət hər gün 1,5 milyon insana təsir edir. Ən böyük problem antibiotik çatışmazlığıdır.

Bu dərmanlar daha azdır, çünki həkimlər patent mühafizəsi müddəti bitmiş dərmanları təyin edirlər.

Almaniya Səhiyyə Naziri Karl Lauterbax, keçən qışa nisbətən bu il dərman təminatında daha yaxşı vəziyyətdə olacaqlarını bildirib.

Lauterbax dərman istehsalçıları ilə təmasda olduqlarını və istehsalçıların həftənin 7 günü 24 saat çalışdıqlarını, istehsalın böyük ölçüdə artacağını deyib.

Keçən qış Almaniyada böyük infeksiya dalğası yaşanıb və uşaqlar üçün qızdırma salan, öskürək siropu kimi dərmanların əldə edilməsində böyük çətinlik yaranıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu