Fransada dərman və əczaçı çatışmazlığı kritik həddə
Fransada apteklərdəki dərman qıtlığı ilə yanaşı, əczaçı çatışmazlığı da yaranıb.
AFN.az ölkə mediasına istinadən xəbər verir ki, sektorda 15 min əczaçıya təcili ehtiyac var. Fransada fəaliyyət göstərən apteklər kadr çatışmazlığından şikayətlənirlər. “France Inter” radiosuna danışan Əczaçılar Birlikləri Federasiyasının prezidenti Filip Bresset ölkədəki hər 3 aptekdən 2-nin işçi axtardığını açıqlayıb. Bresset, bu boşluğun səbəbləri arasında "yaş piramidası" meyarının olduğunu, təqaüdə çıxan əczaçıların yeni əvəzedicilərin olmadığını bildirib. Fransa mətbuatı da əczaçılıq fakültələrində 1100 tələbə çatışmazlığının olduğunu yazıb. Digər tərəfdən, xəstəxanalarda COVID-19 epidemiyasının yaratdığı böhran səbəbindən həkim və baxıcı çatışmazlığı yaşanır, apteklər isə dərman almaqda çətinlik çəkirlər.