İran Ermənistana qaz ixracını 2 dəfə artıracaq- Yeni saziş imzalandı...

Ermənistanla İran arasında qaz və elektrik enerjisinin tədarükü haqqında saziş imzalanıb.
AFN xəbər verir ki, bu barədə məlumatı "Sputnik Armeniya" yayıb. Məlumatda bildirilir ki, İran elektrik enerjisi müqabilində Ermənistana qaz ixracını iki dəfə artıracaq.
Hazırda İran Ermənistana gündəlik 1 milyon kubmetr qaz ixrac edir.