Ukraynada müharibə başlayandan bəri 430 uşaq ölüb


Ukraynada Rusiya ilə genişmiqyaslı müharibə başlayandan bəri 279 uşaq itkin düşmüş hesab olunur, 7460 uşaq tapılıb.


Bu barədə Ukrayna Baş Prokurorluğun mətbuat xidməti “Müharibə uşaqları” dövlət portalında məlumat yayıb. Müharibənin təsirinə məruz qalan uşaqlar haqqında noyabrın 12-nə olan məlumat belədir: 279 uçaq itkin düşüb, 11028-i deportasiya edilib, 7460-ı tapılıb, 96-sı geri qaytarılıb.

Yetkinlik yaşına çatmayanların işləri üzrə prokurorlar, həmçinin Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində 430 uşağın öldüyünü, 829-nun yaralandığını bildiriblər.

Baş Prokurorluqdan verilən məlumata əsasən, müharibə dövründə ümumilikdə 1229 ukraynalı uşaq zərər çəkib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu