Rusiyanın təcavüzü nəticəsində Ukraynada 500 uşaq ölüb


Avqustun 13-nə olan məlumata görə, müharibə nəticəsində Ukraynada rəsmi olaraq artıq 500 uşaq dünyasını dəyişib.


Ukrayna Baş Prokurorluğunun verdiyi açıqlamada bildirilir ki, Rusiyanın genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1597-dən çox uşaq zərər çəkib.

500 azyaşlının həyatından olduğu bildirilən açıqlamada daha 1097 uşağı yaralandığı vurğulanıb.

Donetsk vilayətində 485, Xarkov vilayətində 298, Kiyev vilayətində 129, Xerson vilayətində 118, Zaporojya vilayətində 99, Nikolayev vilayətində 97, Dnepropetrovsk vilayətində 94, Çerniqov vilayətində 71, Luqansk vilayəti 67 uşağın müharibə qurbanına çevrildiyi açıqlanıb.

Bununla belə, prokurorluq qeyd edir ki, bu rəqəmlər yekun deyil, çünki Rusiya tərəfindən ələ keçirilən Ukrayna ərazilərinin işğaldan azad edilməsi və öyrənilməsindən sonra rəqəm dəyişə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu