Ukraynada müharibədə ölən uşaqların sayı 227-yə çatıb
Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində indiyədək 227 uşaq ölüb, 420 uşaq güllə və qəlpə yarası alıb.
AFN.az xəbər verir ki, bu haqda Ukraynanın Baş Prokurorluğu məlumat yayıb. Məlumatda qeyd edilir ki, müharibə başlayandan indiyədək xəsarət alan uşaqların ümumi sayı 647-yə çatıb. Azyaşlılar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.
Məlumatda qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.