Ukrayna Baş Prokurorluğu: "Rusiyanın hücumu nəticəsində Ukraynada 90 uşaq ölüb"


Rusiyanın Ukraynada 19 gün ərzində apardığı hərbi əməliyyatlar nəticəsində indiyədək 90 uşaq ölüb, 100-dən çox uşaq yaralanıb.


“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu bildirib.

Məlumata görə, uşaqlar daha çox Kiyev, Xarkov, Donetsk, Çerniqov, Sumı, Xerson, Mikolayev və Jitomir vilayətlərində hücumun qurbanı olub, xəsarət alıblar.

Bildirilib ki, 379 tədris müəssisəi bombalanıb və atəşə məruz qalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu