İstanbulda partlayış zamanı ölənlərin sayı 6-ya çatdı: 53 yaralı var - VİDEO+YENİLƏNİB

Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə, yaralıların sayı 53-ə çatıb.
Bu barədə İstanbul valisi Ali Yerlikaya tviter hesabında yazıb.
"Təəssüf ki, İstiqlal küçəsində baş verən partlayış zamanı öllənlərin sayı 6 nəfərə yaralıların sayı 53-ə çatdı. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara tezliklə sağalmalarını diləyirik", - o tivter hesabında yazıb.
***
Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 38 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya tviter hesabında yazıb.
"İstiqlal küçəsində baş verən partlayış zamanı ilkin məlumata görə, 4 nəfər həyatını itirib, 38 nəfər yaralanıb. Yaralılarımız müalicə olunur.
Həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik", - o tivter hesabında yazıb.
Vali qeyd edib ki, hadisə ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
Hadisə yerindən görüntüləri təqdim edirik:
[media=https://www.youtube.com/shorts/_K0BxpMMhFo]
[media=https://www.youtube.com/shorts/hPMMepHJxXM]
***
İstanbulun Bəyoğlu səmtinin İstiqlal küçəsində partlayış baş verib.
Bölgəyə çoxlu sayda sağlamlıq və polis qrupları göndərilib.
Bildirilib ki, hadisə yerində 11 yaralı var.