PKK İstanbuldakı teraktda iştirakını inkar edib


PKK İstanbuldakı teraktda iştirakını inkar edib.


Bu barədə kürdlərin “Rudaw” telekanalı YPG (PKK-ya bağlı terror təşkilatı) yetkilisinə istinadən məlumat yayıb.

Yetkilinin sözlərinə görə, PKK-nın bu hadisə ilə heç bir əlaqəsi yoxdur. Açıqlamada YPG nümayəndələri hücumda həlak olanların ailələrinə başsağlığı veriblər.

Qeyd edək ki, partlayışı törətmək şübhəsi ilə saxlanılan şəxsin PKK, PYD, YPG terror təşkilatlarının Suriyanın Kobani şəhərindəki qərargahından təlimat aldığı müəyyən edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu