İstanbuldakı terrorla bağlı yeni görüntülər - VİDEO
İstanbul şəhərinin İstiqlal küçəsində 6 nəfərin həyatını itirdiyi, 81 nəfərin yaralandığı terror aktını həyata keçirən Suriya əsilli terrorçu Əhlam Əlbəşirin yeni görüntüləri ortaya çıxıb.
AFN.az Haber Global-a istinadən xəbər verir ki, iki terrorçunun küçədə üç dəfə kəşfiyyat apardığı müəyyən edilib.
Görüntülərdə terrorçunun kürəyində tünd çanta, əlində isə ağ torba ilə meydandan küçəyə doğru getdiyi müşahidə olunur.
Hadisə baş verən gün Suriyadan ər-arvad qılığında Türkiyəyə gəldikləri Bilal Həsən adlı PKK terrorçusundan ayrıldıqdan dərhal sonra KGYS qeydlərinə girən qadın terrorçu 15:17 radələrində İstiqlal küçəsinə düşür.
Partlayış baş verən küçədə gəzən terrorçunun əlindəki ağ torbada TNT tipli partlayıcı olduğu ehtimal edilir. Bir müddət sonra isə onun əlində 2 qızıl gül də peyda olur.
Çevrəni gözdən keçirdikdən sonra, partlayıcı ilə dolu bağlamanı çiçək qabının kənarına qoyan terrorçu ayağa qalxaraq addım-addım ərazidən uzaqlaşır, daha sonra isə qaçmağa başlayır.