İstanbul terroruna görə 17 nəfər həbs olundu


İstanbul şəhərinin İstiqlal küçəsində bombalı hücumu həyata keçirən terrorçu Əhlam Əlbəşir də daxil olmaqla 17 şübhəli həbs edilib.



AFN.az trt haber-ə istinadən xəbər verir ki, partlayışla əlaqədar İstanbul Cümhuriyyət Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində 8 prokuror və 2 baş prokuror müavini vəzifələndirilib.

Qeyd edək ki, noyabrın 13-ü saat 16:14-də İstiqlal küçəsində baş verən terror aktında 6 nəfər həyatını itirib, 81 nəfər isə yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu