İstanbulu qana bulayan terrorçu ilə bağlı şok detallar - VİDEO


Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində terror aktı törədən suriyalı terrorçu Əhləm əl-Bəşirin partlayışdan 2 saat 43 dəqiqə əvvəl qeydə alınmış görüntüləri üzə çıxıb.



AFN xəbər verir ki, görüntülərdə Esenlər rayonunda terrorçunun telefonla danışması öz əksini tapıb.

Taksimdə hücum zamanı geyindiyi paltarla qaldığı emalatxananın yaxınlığında gəzən əl-Bəşirin əlində nə çanta, nə də başqa şey olmayıb. Suriyalı terrorçu yerli vaxtla 13:30-da naməlum şəxslə qızğın şəkildə telefonda danışıb.

Qeyd edək ki, noyabrın 13-də saat 16:20 radələrində İstanbulun ürəyi Taksim İstiqlal küçəsində partlayış baş verib. Xain hücumda 6 nəfər həyatını itirib, 81 nəfər yaralanıb.

Terror aktından sonra ələ keçən Əhləm əl-Bəşir də daxil olmaqla 17 şübhəli şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. Prokurorluq tərəfindən sərbəst buraxılan 29 şübhəli barəsində isə deportasiya qərarı çıxıb.

Terror aktında şübhəli şəxs qismində saxlanılan taksi sürücüsü olan Əmmar Cakras apardığı şəxsin kim olduğundan xəbərsiz olduğunu deyib: "Halil Mənci adlı şəxs məndən onu aparmağımı istəmişdi. Halil Suriyanın Kamışlı şəhərində yaşayır. Tutulduğum yer qonşumuzun evidir. Hadisədən sonra onun şəklini evdə görəndə polisə xəbər vermək istəyirdim. Bir də gördük ki, içəri polis əməkdaşları daxil oldu".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu