Ərdoğandan terrorçulara xəbərdarlıq: "Bu, hələ başlanğıcdır"
![](/uploads/posts/2022-11/1669198221_1d99c53e-0796-3090-b3cc-fbbbe967878f_850.jpg)
"Təyyarələrlə, PUA-larla apardığımız əməliyyatlar sadəcə başlanğıcdır".
AFN.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, terrorçuların üzərindən çıxan sənədlər onların PKK-dan fərqlənmədiyini göstərir: “Qərb ölkələrinin terrorçuların Suriyadakı qolunu PKK-dan ayırma cəhdlərinin mənasız olduğu aydındır".
Ərdoğan bildirib ki, ən uyğun vaxtda quru əməliyyatları da başlayacaq.