Sabiq erməni nazir Qarabağda “vəzifə”yə gətirilir


Qarabağdakı qondarma rejimin “dövlət naziri” postuna təyin edilən Ruben Vardanyan yaxın günlərdə öz kabinetini formalaşdırmağa hazırlaşır.


AFN.az-ın məlumatına görə, bu barədə “Hraparak” qəzeti açıqlama verib. Mənbə qeyd edir ki, Vardanyan “xarici işlər naziri” postuna namizəd tapıb. Yaxın günlərdə Ermənistanın sabiq xarici işlər naziri Ara Ayvazyanın bu posta gətiriləcəyi gözlənilir.
Xatırladaq ki, Ara Ayvazyandan başqa, Robert Köçəryan hökumətində Ermənistanın xarici işlər naziri işləmiş Vardan Oskanyanın da qondarma xarici işlər naziri təyin ediləcəyinə dair xəbərlər yayılıb.

AFN.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu