Rusiya Vardanyan “kartı”nı ləğv edir


Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutunyandan sonra “dövlət naziri” Ruben Vardanyan Moskvaya çağırılıb.


AFN.az-ın xəbərinə görə, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. “Bu günlərdə o, hələ də Moskvadadır. Görünür, onu da Qarabağın daxili siyasi problemlərini müzakirə etmək və mövcud vəziyyətin həllini tapmaq üçün dəvət ediblər.
Xatırladaq ki, Laçın yolunun bağlanmasından sonra Qarabağın “hakimiyyət” dairələrində gərginlik yaranıb. Hətta “dövlət naziri”nin istefası və növbədənkənar seçkilərin keçirilməsinin müzakirəsinə qədər gedib çıxıb. Onu da xatırladırıq ki, Azərbaycan tərəfi Laçın yolunun açılması müqabilində Vardanyanın istefasını tələb edir. Aydındır ki, Rusiya passiv müşahidəçi statusunu öz üzərinə götürüb: yolu açmır, Azərbaycanı danlamır, Qarabağın daxili siyasi həyatına qarışmır. Blokada isə Qarabağda atmosferi daha da gərginləşdirdi. Mənbəmiz deyir ki, Arayik Arutyunyan Moskvada kifayət qədər yüksək səviyyəli görüşlər keçirib.
İrəvanda Vladimir Putinlə görüşündən sonra Kreml ona daha çox etimad göstərib və demək olar ki, açıq mətnlə deyib: “Vardanyan müdaxilə edərsə, boş verin, biz onu təyin etməmişik”.
Arutyunyanın tərəfdarları onun Moskvadan kifayət qədər yüksək əhval-ruhiyyə ilə qayıtdığını bildirirlər. İndi Moskvada Vardanyan özünə qarşı münasibətini aydınlaşdırır. Ola bilsin ki, qayıdandan sonra vəziyyəti sakitləşdirmək üçün könüllü istefa versin”.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu