Paşinyan Amerikadan kifayət qədər dəstək ala bilməyəcək - Elxan Şahinoğlu


Paşinyan Soçi görüşündən sonra Putinə meyl etməyə başlayıb. Bu isə Vaşinqtonu narahat edir.


AFN.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, son vaxtlar ABŞ və Azərbaycanın maraqları üst-üstə düşür: "Paşinyan Amerikadan kifayət qədər dəstək ala bilməyəcək. Yeganə ümidi Fransadır, amma Fransa da uzaq ölkədir, Cənubi Qafqaza gəlib Ermənistanı xilas edən deyil. Ermənistanın xilas üçün yeganə şansı Azərbaycanla sülh sazişini imzalamaq və problemləri həll etməkdir. Bunu etməyənə qədər nə ABŞ, nə Fransa gəlib Ermənistanı xilas edən deyil".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu