Biz “yox” deyəndən sonra Fransanın masada oturması mümkün deyil
AFN.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu deyib. O, bildirib ki, hazırda Rusiya və ABŞ Azərbaycanla Ermənistan arasında vasitəçi kimi çıxış edir, keçmiş həmsədrlərdən bircə Fransa yoxdur: "Ona görə də Paşinyan müttəfiqini də prosesə qatmağa çalışır ki, keçmiş üçlük bərpa olunsun. Ancaq biz “yox” deyəndən sonra Fransanı zorla masada oturtmaq mümkün deyil. İkinci Qarabağ müharibəsindən sonra Fransanı faktiki Avropa İttifaqı əvəz edib və bu daha faydalı formatdır, Şarl Mişel birliyə daxil olan bütün ölkələri təmsil edir".