Ukraynada müharibə zamanı 15 mindən çox insan itkin düşüb
Rusiyanın apardığı müharibə zamanı Ukraynada 15 mindən çox insan itkin düşüb.
AFN BBC-yə istinadən xəbər verir ki, bu barədə İtkin Düşmüş Şəxslərlə bağlı Beynəlxalq Komissiyanın Avropa üzrə nümayəndəsi Metyu Hollidey bildirib.
Onun sözlərinə görə, məcburi şəkildə Rusiyaya köçürülənlərin və bu ölkədə saxlanılanların, eləcə də öldürüldükdən sonra naməlum məzarlıqlarda basdırılanların sayı hələ məlum deyil.
M.Hollidey “Reuters” agentliyinə müsahibəsində bildirib ki, ehtimallara əsasən, Ukraynada itkin düşənlərin axtarışı hətta hərbi əməliyyatlar dayandırıldıqdan sonra da uzun illər davam edəcək.
O, itkin düşənlərlə bağlı rəqəmlərin böyük olduğunu Ukraynanın üzləşdiyi problemlərin isə çoxluğunu vurğulayıb.
Metyu Hollidey bildirib ki, itkin düşənlərin və ölənlərin çoxu müharibə cinayətlərinin qurbanıdır və günahkarlar məsuliyyətə cəlb edilməlidir.