Rusiya-Ukrayna müharibəsi nəticəsində 23 min insan itkin düşüb
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 2022-ci ilin fevral ayından bəri davam edən Rusiya-Ukrayna müharibəsi səbəbindən 23 min nəfərin itkin düşdüyünü açıqlayıb.
BQXK müharibə nəticəsində itkin düşənlərlə bağlı açıqlama verib.
Açıqlamada Rusiya-Ukrayna müharibəsi səbəbiylə 23 min adamın itkin düşdüyü qeyd edilib və bu itkinlərin əsir götürüldüyü, öldürüldüyü və ya evlərini tərk etdiyi bildirilib.
Açıqlamada itkin düşənlərin taleyinə aydınlıq gətirmək üçün araşdırmaların aparıldığı bildirilib.
BQXK-nın Mərkəzi Monitorinq Agentliyi Bürosunun rəhbəri Dusan Vucasanin qeyd edib ki, ailələrin itkin düşən qohumlarının başına gələnləri bilmək hüququ var.
Vucasanin minlərlə itkin düşmüş insanların ailələri ilə ünsiyyət qurmalarına kömək etdiklərini bildirib.