Ukraynada rus imperatriçasının heykəli sökülür


Rus imperatriçası II Yekaterinanın Odessa şəhərindəki heykəli söküləcək. AFN.az xəbər verir ki, Odessa Şəhər Şurası heykəlin götürülməsi qərarını dəstəklədiyini açıqlayıb.


Odessa Şəhər Şurası öz rəsmi Teleqram kanalında “İcraiyyə komitəsinin üzvləri abidənin sökülməsi və onun Odessa təsisçilərinə verilməsi haqqında qərar layihəsini dəstəklədilər” məlumatını yerləşdirib.
Təşəbbüs noyabrın 30-da şəhər deputatları tərəfindən səsə qoyulacaq. Bundan sonra abidə Yekaterininskaya meydanından “İmperatorluq və Sovet keçmişi parkı”na köçürülə bilər.
Odessa meri Gennadi Truxanov bildirib ki, rəy sorğuları Odessa sakinlərinin əksəriyyətinin hazırda Rusiyanın zülmünün simvolu kimi görünən abidənin sökülməsinin tərəfdarı olduğunu gördükdən sonra o, şəxsən bu planı dəstəkləyib.
Sorğuda şəhərin bir milyona yaxın əhalisinin yalnız 8000-i iştirak edib.
Ötən aylarda fəallar heykəlin başına qırmızı papaq taxıb, onun əlinə asılmış kəndir qoymuşdular.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu